top of page

Oracle
Database

İRİA (1)_edited.png
Bölgə

Bakı

Müddət  

3 ay

Qeydiyyat tarixi

24.10.2022

Iştirakçı

 15 nəfər

Qurum

Kimlər müraciət edə bilər?

Müraciət Prosesi

Şərtlər və Qaydalar

Suallar

Qəbul Prosesi

Haqqinda

Haqqında

Bu kurs, tələbələri Oracle Verilələrin idarəetmə bazası sistemləri və SQL dilininin tətbiqi  ilə tanış edir.  Onlar həmçinin SQL-in xüsusiyyətlərini və Oracle verilənlər bazasını idarə etmək üçün SQL-i avtomatlaşdırmarılması proseslərini icra edirlər. Bu kurs tələbələri biznes və ya təşkilat üçün verilənlər bazası həllini proqramlaşdırmağı öyrədir. Sonda tələbələr bizneslər üçün verilənlər bazasını quracaqları real layihə təqdim edirlər.
15 nəfər uğurlu tələbə təhsilinə bizimlə başlayacaq. Bu tələbələrdən göstəriciləri:
çox yaxşı olan ilk 3 nəfər 100%;
yaxşı olan 7 nəfər 90%;
digər 5 nəfər isə 70% təqaüd haqqını qazanacaq.

Kimlər müraciət edə bilər?
Müraciət Prosesi
Qebul prosesi
Şərtlər və Qaydalar
Suallar

Kimlər müraciət edə bilər?

  • Layihədə 18 yaş üzəri, proqramlaşdırma sahəsində ixtisaslaşmaq istəyən

  • Məntiq və Riyazi biliklərinə güvənən 

  • Təqaüd proqramı müddəti ərzində hər gün ən azı 4 saatını dərslərə ayıra biləcək 

  • Təqaüd proqramı müddəti bitənədək davamiyyət göstərən və təqaüd proqramına məsulliyyətlə yanaşan

  • Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən və yuxarıdakı şərtləri ödəyən hər kəs iştirak edə bilər.

Müraciət Prosesi

Sizdən aşağıda qeyd edilənləri əhatə edən onlayn ərizəni doldurmağınız xahiş olunacaq:

  • Özünüz haqqında məlumat 

  • Əlaqə üçün vasitələriniz

  • Təhsiliniz

  • Xarici dil bilginiz

  • Şəxsi komputerinin olması

  • Hazırki sosial vəziyyətiniz

  • ​Həftə ərzində azad olduğunuz vaxtlar

Qəbul Prosesi

  • 1-ci mərhələ

            Qeydiyyat prosesi.

           24.10.2022 - 07.11.2022

  • 2-ci mərhələ

            Qeydiyyat prosesində təqdim etdiyi məlumatları proqram şərtlərinə uyğun olan iştirakçıların Riyaziyyat və                        Məntiq üzrə imtahanda iştirak prosesi.

  • 3-cü mərhələ

            2-ci mərhələdə yüksək nəticə toplayan iştirakçıların əyani İngilis dili və Riyaziyyat və Məntiq imtahanında                         iştirak  prosesi.

  • 4-cü mərhələ

            3-cü mərhələdə yüksək nəticə toplayan iştirakçıların təlimçi, pedaqoq və mütəxəssislər tərəfindən aparılan                    müsahibə prosesi keçiriləcəkdir.

Qeyd 1:  Hər bir mərhələ üzrə yalnız növbəti mərhələyə keçən iştirakçılara email  və SMS vasitəsilə məlumat göndəriləcək.
Qeyd 2:  Test imtahanları və müsahibə prosesləri online şəkildə həyata keçiriləcək .

Şərtlər və Qaydalar

Təqaüdçülər nəzərdə tutulan tədris müddəti üçün tam zamanlı tələbələr olaraq qeydiyyatdan keçməlidirlər. Qəbul zamanı 18 yaşından kiçik namizədlərin təqaüd müqaviləsinin şərtlərini imzalayan valideyn və ya qəyyumu olmalıdır. Tech Academy-nin, şərtlərinə artıq uyğun olmayan təqaüdçülərin müqavilələrinə xitam vermək və təqaüdü dayandırmaq hüququ vardır. Qəbul prosesləri ərzində təyin edilmiş vaxtlarda, bu mərhələləri tamamlamamış namizədlər təqaüd imkanlarından məhrum olacaqlar. 

Namizədlər, qeydiyyat zamanı aktiv olaraq istifadə etdikləri email adresi (spam daxil olmaqla) və telefon nömrələrini qeyd etməli və seçimlər tamamlanana qədər email adreslərini və telefon mesajlarını tez-tez yoxlamalıdırlar. Tech Academy tərəfindən imtahanlarda hər hansı bir problem yaranarsa sadəcə info@tech.edu.az mail ünvanına məlumat verməyiniz kifayətdir ki, biz problemi araşdırıb sizə geri dönüş edə bilək. Proseslər zamanı email adreslərinizə gəlmiş imtahan linklərinə qeyd edilmiş vaxtda daxil olmağınız mütləqdir. Çalışın gecikmələr etməyin.

Suallar

01 - Dərslərin başlama tarixi nədir?

Dərslərin başlama vaxtı, seçim mərhələlərindən uğurla keçən təqaüdçülərə, dərslərin başlamasından 5 iş günü əvvəl mail və SMS vasitəsilə məlumat veriləcək.

02 - Səhər saatlarında olacaq yoxsa axşam?

Dərs saatları seçilən təqaüdçülərin boş zamanları da nəzərə alınaraq təyin ediləcək.

03 - Dərs müddəti nə qədər davam edir?

Dərs müddəti 2 saat davam edir.

04 - Təqaüd proqramı nə qədər davam edəcək?

Təqaüd proqramı 3 ay davam edəcək.

05 - Proqrama fasilə vermək və ya dayandırmaq şansımız varmı?

Təqaüd proqramını dayandırmaq və ya fasilə vermək kimi şansınız yoxdur.

06 - İşlə təmin olunma ilə bağlı yardım göstərilirmi?

Təqaüd proqramının sonunda topladığınız bilik və bacarıqlarınızın tətbiq edilməsi üçün yerli şirkətlərdə təcrübə imkanı yaradılacaq.

07 - Eyni anda 2 fərqli proqlamlaşdırma dilinin dərslərinə qatıla bilərikmi?

Təqaüd proqramı çərçivəsində yalnız bir proqramlaşdırma dilində tədrisat görə bilərsiniz.

08 - Dərslər online yoxsa offline olacaq?

Dərslər offine olaraq tədris ediləcək.

bottom of page