top of page

Data Science
Təqaüd Proqramı

İRİA (1)_edited.png
Bölgə

Bakı

Müddət  

6 ay

Qeydiyyat tarixi

10.10.2022

Iştirakçı

 15 nəfər

Qurum

Kimlər müraciət edə bilər?

Müraciət Prosesi

Şərtlər və Qaydalar

Suallar

Kurslar

Qəbul Prosesi

Haqqinda

Haqqında

Data Science, biznes və elm üçün vacib olan nəticələrin çıxarılması üçün məlumatlar üzərində görülən proseslərdən ibarətdir. Bu, böyük həcmdə məlumatları təhlil etmək üçün riyaziyyat, statistika, süni intellekt və kompüter mühəndisliyinin prinsip və təcrübələrini bir araya gətirən yanaşmadır. Bu yanaşma ilə məlumatların analizi, nə baş verdiyi, nə üçün baş verdiyi, nə olacağı və nəticələrlə nə edilə biləcəyi ilə bağlı sualların cavablandırılmasına kömək edir.

Süni intellekt və maşın öyrənməsindəki yeniliklər, məlumatların emalını daha sürətli və səmərəli edir. Bu sahəyə tələbatın növbəti onilliklərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

15 nəfər uğurlu tələbə təhsilinə bizimlə başlayacaq. Bu tələbələrdən göstəriciləri:

çox yaxşı olan ilk 3 nəfər 100%;

yaxşı olan 7 nəfər 90%;

digər 5 nəfər isə 70% təqaüd haqqını qazanacaq.

Kimlər müraciət edə bilər?

Kimlər müraciət edə bilər?

  • Layihədə Kibernetika və ya Riyaziyyat Fakültəsi, Kompüter elmləri, Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli digər ixtisaslarda oxuyan tələbə və ya məzun şəxslər

  • 18 yaş üzəri şəxslər

  • Məntiq və ali riyaziyyat biliklərinə güvənən şəxslər

  • Təqaüd proqramı müddəti ərzində hər gün ən azı 4 saatını dərslərə ayıra biləcək 

  • Təqaüd proqramı müddəti bitənədək davamiyyət göstərəcək və təqaüd proqramına məsulliyyətlə yanaşacaq şəxslər

  • Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən və yuxarıdakı şərtləri ödəyən şəxslər iştirak edə bilər.

  • Qeyd: Hər hansı proqramlaşdırma dilində alqoritmik məsələlərin proqram təminatını qurmağı bacaran şəxslərə üstünlük veriləcəkdir.

Müraciət Prosesi

Müraciət Prosesi

Sizdən aşağıda qeyd edilənləri əhatə edən onlayn ərizəni doldurmağınız xahiş olunacaq:

  • Özünüz haqqında məlumat 

  • Əlaqə üçün vasitələriniz

  • Təhsiliniz

  • Xarici dil bilginiz

  • Şəxsi komputerinin olması

  • Hazırki sosial vəziyyətiniz

  • Müraciət etdiyiniz bölgə

  • Müraciət etdiyiniz kursun adı

  • Həftə ərzində azad olduğunuz vaxtlar

Qebul prosesi

Qəbul Prosesi

  • 1-ci mərhələ

          Qeydiyyat prosesi.

             10.10.2022 - 24.10.2022

  • 2-ci mərhələ

            Qeydiyyat prosesində təqdim etdiyi məlumatları proqram şərtlərinə uyğun olan iştirakçıların Məntiq və İngilis                        dili üzrə imtahanda iştirak prosesi.

  • 3-cü mərhələ

            Riyazı və proqramlaşdırma biliklərinin yoxlanılması üçün əyani şəkildə keçirilən imtahan mərhələsi

  • 4-cü mərhələ

            3-cü mərhələdə yüksək nəticə toplayan iştirakçıların təlimçi, pedaqoq və mütəxəssislər tərəfindən aparılan                            müsahibə prosesi keçiriləcəkdir.

Qeyd 1: Hər bir mərhələ üzrə yalnız növbəti mərhələyə keçən iştirakçılara email  və SMS vasitəsilə məlumat göndəriləcək.
Qeyd 2: Test imtahanları və müsahibə prosesləri həm online həm də əyani şəkildə keçirilə bilər.

Şərtlər və Qaydalar

Təqaüdçülər nəzərdə tutulan tədris müddəti üçün tam zamanlı tələbələr olaraq qeydiyyatdan keçməlidirlər. Qəbul zamanı 18 yaşından kiçik namizədlərin təqaüd müqaviləsinin şərtlərini imzalayan valideyn və ya qəyyumu olmalıdır. Tech Academy-nin, şərtlərinə artıq uyğun olmayan təqaüdçülərin müqavilələrinə xitam vermək və təqaüdü dayandırmaq hüququ vardır. Qəbul prosesləri ərzində təyin edilmiş vaxtlarda, bu mərhələləri tamamlamamış namizədlər təqaüd imkanlarından məhrum olacaqlar. 

Namizədlər, Qeydiyyat zamanı aktiv olaraq istifadə etdikləri email adresi (spam daxil olmaqla) və telefon nömrələrini qeyd etməli və seçimlər tamamlanana qədər email adreslərini və telefon mesajlarını tez-tez yoxlamalıdırlar. Tech Academy tərəfindən imtahanlarda hər hansı bir problem yaranarsa sadəcə info@tech.edu.az mail ünvanına məlumat verməyiniz kifayətdir ki, biz problemi araşdırıb sizə geri dönüş edə bilək. Proseslər zamanı email adreslərinizə gəlmiş imtahan linklərinə qeyd edilmiş vaxtda daxil olmağınız mütləqdir. Çalışın gecikmələr etməyin.

Suallar

01 - Dərslərin başlama tarixi nədir?

Dərslərin başlama vaxtı imtahan və müsahibədən uğurla keçən təqaüdçülərə dərslərin başalamasından 5 iş günü əvvəldən mail və SMS vasitəsilə məlumat verilir.

02 - Səhər saatlarında olacaq yoxsa axşam?

Dərslər saatları ilə əlaqədar məlumatların seçilən təqaüdçülərin boş zamanları da nəzərə alınaraq təyin edilir.

03 - Dərs müddəti nə qədər davam edir?

Dərs müddəti 2 saat davam edir.

04 - Təqaüd proqramı nə qədər davam edəcək?

Təqaüd proqramı 6 ay davam edəcək.

05 - Proqrama fasilə vermək və ya dayandırmaq şansımız varmı?

Təqaüd proqramını dayandırmaq və ya fasilə vermək kimi şansınız yoxdur.

06 - İşlə təmin olunma ilə bağlı yardım göstərilirmi?

Təqaüd proqramının sonunda topladığınız bilik və bacarıqlarınızın tətbiq edilməsi üçün yerli şirkətlərdə təcrübə imkanı yaradılır.

07 - Eyni anda 2 fərqli proqlamlaşdırma dilinin dərslərinə qatıla bilərikmi?

Təqaüd proqramı çərçivəsində yalnız bir proqramlaşdırma dilində tədrisat görə bilərsiniz.

08 - Dərslər online yoxsa offline olacaq?

Dərslər offline olaraq tədris ediləcək.

Şərtlər və Qaydalar
Suallar
bottom of page