top of page

Back End Veb Proqramlaşdırma (Python/Java)
Front End Veb Proqramlaşdırma (JavaScript)

İRİA (1)_edited.png
Bölgə

Sumqayıt​​

Müddət  

9 ay

Qeydiyyat tarixi

27.09.2022

Iştirakçı

 60 nəfər

Qurum

Kimlər müraciət edə bilər?

Müraciət Prosesi

Şərtlər və Qaydalar

Suallar

Kurslar

Qəbul Prosesi

Haqqinda

Haqqında

Tech Academy-nin  təhsil və təqaüd proqramları tələbələrin bu sahələrə daxil olmasına mane olan maneələri aradan qaldırmaqla onları ilhamlandırmaq və onlara hesablama və texnologiya sahəsində gələcək liderlər olmağa kömək etmək məqsədi daşıyır. 

Bu proqramda öhdəliyimiz Sumqayıt​​da yaşayan gənclərin karyeralarını davam etdirərkən onlara dəstək olmaqdır.  İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi  ilə əməkdaşlıq etdik ki, gəncləri kompüter elmləri sahəsində akademik məqsədlərinə çatmaqda köməklik göstərək.

Kurslar

Kurslar

Back End Veb Proqramlaşdırma (Python/Java)

Noyabr ayından etibarən təqaüd proqramında iştirak haqqı qazanmış təqaüdçülərimiz

Back End Veb Proqramlaşdırma (Python/Java)” ixtisası üzrə təhsil alır və proqramçılar mühitində peşəkar proqramçı olaraq yetişmə imkanı qazanır. Tədris peşəkar veb proqramçılar tərəfindən həyata keçirilir.
Tədris 70% praktika, 30% nəzəriyyə üzərində qurulmuşdur. Tədrisin praktiki hissəsində hər qrupa ən azı 2 mentor olmaqla öyrəndiklərinizin praktiki şəkildə tətbiqində dəstək göstəriləcəkdir.

Front End Veb Proqramlaşdırma (JavaScript)

Noyabr ayından etibarən təqaüd proqramında iştirak haqqı qazanmış təqaüdçülərimiz 

Front End Veb Proqramlaşdırma (JavaScript)” ixtisası üzrə təhsil alır və proqramçılar mühitində peşəkar proqramçı olaraq yetişmə imkanı qazanır. Tədris peşəkar veb proqramçılar tərəfindən həyata keçirilir.
Tədris 70% praktika, 30% nəzəriyyə üzərində qurulmuşdur. Tədrisin praktiki hissəsində hər qrupa ən azı 2 mentor olmaqla öyrəndiklərinizin praktiki şəkildə tətbiqində dəstək göstəriləcəkdir.

Kimlər müraciət edə bilər?

Kimlər müraciət edə bilər?
  • Layihədə 18 yaş üzəri, proqramlaşdırma sahəsində ixtisaslaşmaq istəyən hər kəs iştirak edə bilər.

  • Məntiq və Riyazi biliklərinə güvənən 

  • Təqaüd proqramı müddəti ərzində hər gün ən azı 4 saatını dərslərə ayıra biləcək 

  • Təqaüd proqramı müddəti bitənədək davamiyyət göstərən və təqaüd proqramına məsulliyyətlə yanaşan

  • Təqaüd proqramında texnoloji bilik, bacarıq və şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən və yuxarıdakı şərtləri ödəyən hər kəs

Müraciət Prosesi

Müraciət Prosesi

Sizdən aşağıda qeyd edilənləri əhatə edən onlayn ərizəni doldurmağınız xahiş olunacaq:

  • Özünüz haqqında məlumat 

  • Əlaqə üçün vasitələriniz

  • Təhsiliniz

  • Xarici dil bilginiz

  • Şəxsi komputerinin olması

  • Hazırki sosial vəziyyətiniz

  • Müraciət etdiyiniz bölgə

  • Müraciət etdiyiniz kursun adı

  • Həftə ərzində azad olduğunuz vaxtlar

Qebul prosesi

Qəbul Prosesi

  • 1-ci mərhələ

            Qeydiyyat prosesi.

            27.09.2022 - 12.10.2022

  • 2-ci mərhələ

            Qeydiyyat prosesində təqdim etdiyi məlumatları proqram şərtlərinə uyğun olan iştirakçıların Riyaziyyat və                        Məntiq üzrə imtahanda iştirak prosesi.

  • 3-cü mərhələ

            2-ci mərhələdə yüksək nəticə toplayan iştirakçıların əyani İngilis dili və Riyaziyyat və Məntiq imtahanında i                        iştirak  prosesi.

  • 4-cü mərhələ

            3-cü mərhələdə yüksək nəticə toplayan iştirakçıların təlimçi, pedaqoq və mütəxəssislər tərəfindən aparılan                    müsahibə prosesi keçiriləcəkdir.

Qeyd 1:  Hər bir mərhələ üzrə yalnız növbəti mərhələyə keçən iştirakçılara email  və SMS vasitəsilə məlumat göndəriləcək.
Qeyd 2:  Test imtahanları və müsahibə prosesləri online şəkildə həyata keçiriləcək .

Şərtlər və Qaydalar

Təqaüdçülər nəzərdə tutulan tədris müddəti üçün tam zamanlı tələbələr olaraq qeydiyyatdan keçməlidirlər. Qəbul zamanı 18 yaşından kiçik namizədlərin təqaüd müqaviləsinin şərtlərini imzalayan valideyn və ya qəyyumu olmalıdır. Tech Academy-nin, şərtlərinə artıq uyğun olmayan təqaüdçülərin müqavilələrinə xitam vermək və təqaüdü dayandırmaq hüququ vardır. Qəbul prosesləri ərzində təyin edilmiş vaxtlarda, bu mərhələləri tamamlamamış namizədlər təqaüd imkanlarından məhrum olacaqlar. 

Namizədlər, Qeydiyyat zamanı aktiv olaraq istifadə etdikləri email adresi (spam daxil olmaqla) və telefon nömrələrini qeyd etməli və seçimlər tamamlanana qədər email adreslərini və telefon mesajlarını tez-tez yoxlamalıdırlar. Tech Academy tərəfindən imtahanlarda hər hansı bir problem yaranarsa sadəcə info@tech.edu.az mail ünvanına məlumat verməyiniz kifayətdir ki, biz problemi araşdırıb sizə geri dönüş edə bilək. Proseslər zamanı email adreslərinizə gəlmiş imtahan linklərinə qeyd edilmiş vaxtda daxil olmağınız mütləqdir. Çalışın gecikmələr etməyin.

Suallar

01 - Dərslərin başlama tarixi nədir?

Dərslərin başlama vaxtı imtahan və müsahibədən uğurla keçən təqaüdçülərə dərslərin başalamasından 5 iş günü əvvəldən mail və SMS vasitəsilə məlumat verilir.

02 - Səhər saatlarında olacaq yoxsa axşam?

Dərslər saatları ilə əlaqədar məlumatların seçilən təqaüdçülərin boş zamanları da nəzərə alınaraq təyin edilir.

03 - Dərs müddəti nə qədər davam edir?

Dərs müddəti 2 saat davam edir.

04 - Hansı proqlamlaşdırma dilinin təhsilini alacağıq?

Təqaüd proqramında Pyhton, Java və Javascript proqramlaşdırma dillərində təhsil veriləcək.

05 - Təqaüd proqramı nə qədər davam edəcək?

Təqaüd proqramı 9 ay davam edəcək.

06 - Proqrama fasilə vermək və ya dayandırmaq şansımız varmı?

Təqaüd proqramını dayandırmaq və ya fasilə vermək kimi şansınız yoxdur.

07 - İşlə təmin olunma ilə bağlı yardım göstərilirmi?

Təqaüd proqramının sonunda topladığınız bilik və bacarıqlarınızın tətbiq edilməsi üçün yerli şirkətlərdə təcrübə imkanı yaradılır.

08 - Eyni anda 2 fərqli proqlamlaşdırma dilinin dərslərinə qatıla bilərikmi?

Təqaüd proqramı çərçivəsində yalnız bir proqramlaşdırma dilində tədrisat görə bilərsiniz.

09 - Dərslər online yoxsa offline olacaq?

Dərslər offline olaraq tədris ediləcək.

Şərtlər və Qaydalar
Suallar
bottom of page